Festivallarla əməkdaşlıq
Azərbaycanda kinonun inkişafına çalışan insanlarla əməkdaşlıq etməyə çalışırıq. Məsələn, hər il Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı və ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə birgə işləyir, tədbirlərin təşkili, sosial media, xüsusi tədbirlər və xüsusi film nümayişləri, moderatorluq, panel müzakirələri və digər işlərdə onlara dəstək oluruq.
SEVİL
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı
2020-ci ildən keçirilən SevilFest qadın rejissorların çəkdiyi və ya gender mövzularına toxunan sənədli filmləri Bakıda və bölgələrdə tamaşaçılara təqdim edir. Adını Cəfər Cabbarlının “Sevil” pyesindən alan festivalın proqramında nümayişlərlə yanaşı emalatxanalar və ustad dərsləri də var.
ANİMAFİLM
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı
2018-ci ildən Bakıda keçirilən ANİMAFİLM Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır. Festival müsabiqə proqramı, ustad dərsləri, uşaqlar üçün nümayişlər və emalatxanalarla uşaqları, gəncləri və animasiya peşəkarlarını bir araya gətirir.